06:04 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Politoloq Əli İsgəndərov
© Sputnik / Kemale Aliyeva

ABŞ-ın məğlubiyyətləri psixoloji qorxu baryerini dağıdıb - politoloq şərhi

RADİO
Qısa URL
20210

"Vektor" Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin təşkilat komitəsinin sədri, politoloq Əli İsgəndərov deyir ki, Mərkəzi Asiya regionu İran üçün Qafqazdan da əhəmiyyətlidir

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində ABŞ-ın İrana qarşı sanksiyalarının region dövlətlərlə münasibətlərə təsiri mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən "Vektor" Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin təşkilat komitəsinin sədri, politoloq Əli İsgəndərov deyib ki, İranın qonşuluq siyasətində əsas əhəmiyyətli nöqtə Şimali Qafqaz deyil:

“Bu gün Mərkəzi Asiya regionu İran üçün Qafqazdan da əhəmiyyətlidir. Eynilə də Mərkəzi Asiya regionu üçün də İran önəmli faktordur. Biz ABŞ-ın sanksiyalardan çox qorxuruq və sanki onu yarımallah kimi qəbul edirik. Son hadisələr fonunda görürük ki, ABŞ-ın bir çox yerlərdə məğlubiyyəti artıq psixoloji qorxu baryerini dağıdıb. Bununla belə, İranın qonşularla siyasətində problemlər mövcuddur. İranın İslam inqilabını ekspansiya etmək istəyi bu problemlərə gətirib çıxardı”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular