02:11 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Əflatun Amaşov
© Sputnik / Murad Orujov

Mətbuat Şurasının sədri rusiyalı jurnalistlərin Bakıya səfərindən danışır

RADİO
Qısa URL
159 0 0

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyir ki, rusiyalı jurnalistlərin səfəri nəzərdə tutulan çoxsaylı tədbirlərdən yalnız biridir

Bu gün Rusiyanın aparıcı KİV-lərinin bir qrup təmsilçisi Bakıya səfərə gəlib. 

Rusiyalı jurnalistlərin Bakı səfəri haqqında Sputnik Azərbaycan-a danışan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, səfər ötən il Rusiya Jurnalistlər İttifaqı ilə Azərbaycan Mətbuat Şurası arasında imzalanmış memorandum əsasında reallaşıb:

“Bu, həmin memorandum çərçivəsində nəzərdə tutulan çoxsaylı tədbirlərdən yalnız biridir. Qeyd edək ki, Mətbuat Şurası Rusiya Federasiyasında fəaliyyət göstərən bir sıra jurnalist təşkilatları ilə indiyədək çoxsaylı silsilə görüşlər təşkil edib. Budəfəki səfər əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədini daşıyır. Memorandumda konfransların, dəyirmi masaların, yaradıcılıq müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Budəfəki səfər ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi ərəfəsinə təsadüf edir. Əminəm ki, rusiyalı jurnalistlər də yarışların keçirildiyi məkandan oxucularına dolğun məlumatlar verə biləcəklər. Həmçinin, yaxın vaxtlarda Azərbaycan jurnalistlərinin də Rusiyaya qarşılıqlı səfərləri planlaşdırılır”.

Qeyd edək ki, ötən il noyabrın 19-da Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək və digər məsələlər öz əksini tapıb.

Əflatun Amaşovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular