07:50 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
politoloq Sahil İsgəndər
© Sputnik / Murad Orujov

Politoloq: “Azərbaycan-İsrail münasibətləri daha yüksək keyfiyyət müstəvisinə qalxacaq”

RADİO
Qısa URL
95 0 0

Politoloq Sahil İsgəndər deyir ki, müxtəlif mövzulardakı fikir ayrılıqları Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək

“İsraildə keçirilmiş parlament seçkilərində hakim partiyanın yenidən qələbə qazanması Azərbaycan-İsrail münasibətlərinin keyfiyyətində müsbət dyişikliklər yaradacaq”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş tədbirdə politoloq Sahil İsgəndər deyib.

Politoloq bildirib ki, bundan sonra münasibətlərimiz daha yüksək keyfiyyət müstəvisinə qalxacaq: “Azərbaycandan İsrailə köçən insanların faəliyyəti ikitərəfli münasibətlərimizin formalaşmasına və inkişafına müsbət təsir göstərir. O cümlədən, münasibətlərin dərinləşməsində və inkişafında ölkələrin geosiyasi və strateji maraqları dayanır. Müxtəlif mövzulardakı fikir ayrılıqları Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək”.

Qeyd edək ki, aprelin 9-da İsraildə keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ partiya “Likud” qalib olub.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular