SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna prezidentinin azərbaycanlı dostu Zelenskinin qələbəsindən danışır

Abunə olmaq
Vladimir Zelenskinin yaxın dostu, "Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli deyir ki, proqnozun özünü doğrultmasından narahat deyildim
Şakir Eminbəyli: “İstəyim odur ki, Ukrayna xalqı firavan yaşasın”

“Zelenskinin Ukrayna prezidenti seçiləcəyini proqnoz vermişdim”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın dostu, "Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli deyib.

O bildirib ki, apardığı seçki kampaniyası və keçirilən sorğular onun qalibiyyətinə şübhə yeri qoymurdu: “Ona görə də verdiyim proqnozun özünü doğrultmasından narahat deyildim. İstəyim odur ki, Ukrayna xalqı firavan yaşasın. Ukrayna xalqının seçdiyi yeni rəhbərlik xalqı üçün əlindən gələni etsin. Ukraynanın necə idarə olunacağı, əhalinin necə yaşaması onların daxili məsələsidir. Biz Ukrayna xalqının müharibəsiz, dinc şəraitdə, firavan yaşamasını arzu edə bilərik”.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun nəticəsinə əsasən, Vladimir Zelenski ölkə prezidenti seçilib.

Şakir Eminbəylinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0