10:39 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
© Sputnik / Murad Orujov

Taksidə siqaret çəkməyə görə cərimələr necə müəyyən ediləcək - ekspert şərh edir

RADİO
Qısa URL
171 0 0

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, nəzarət mexanizmi video-müşahidə aparatları və vizual olaraq həyata keçirilə bilər

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, qanunun tələblərinə uyğun olaraq nəzarət mexanizmi təkmil şəkildə qurulmalıdır:

“Nəzarət mexanizmi video-müşahidə aparatları və vizual  olaraq həyata keçirilə bilər. Daxili İşlər Nazirliyi əməkdaşları vizual olaraq pozuntunu müşahidə etsələr, protokol tərtib edə bilərlər. Sərnişindaşıma xidmətləri həyata keçirən nəqliyyat vasitəsində siqaret çəkilməsi yolverilməz haldır. Bu sahədə maarifləndirmə işlərinin görülməsi də faydalı olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular