16:21 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816

Rövşən Binnətli avropalıları Azərbaycana gətirən festivalın əhəmiyyətindən danışır

RADİO
Qısa URL
121 0 0

İdman şərhçisi Rövşən Binnətli deyir ki, belə yarışlarda iştirak edən idmançılar gələcək kariyeralarında uğurlarını davam etdirirlər

Aprelin 12-də İtaliyanın paytaxtı Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində bu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda oyunların simvolu olan kiçik “zeytun ağacı”nın Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Bakıda keçiriləcək yarış irimiqyaslı olmaqla yanaşı, həm də gələcək olimpiyaçıların yetişməsi baxımından əhəmiyyətlidir:

“Xüsusən də gənc idmançıların idmanın fəlsəfəsini anlaması, böyük idman yarışlarının ab-havasını duya bilməsi baxımından belə yarışlar önəm kəsb edir. Biz bir çox hallarda da şahidi olmuşuq ki, gənc yaşlarında belə turnirlərdə uğurlu çıxış edən idmançılar gələcək kariyeralarında uğurlarını davam etdirirlər”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular