CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor: “Televiziya məkanında peşəkarlıq istənilən səviyyədə deyil”

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan
Abunə olmaq
Televiziya eksperti, professor Qulu Məhərrəmli deyir ki, bəzi internet kanalları cəhd edirlər, lakin onların imkanları yetərli deyil
Qulu Məhərrəmli: “Yeni televiziya kanalının yaradılması ümid oyadır”

“Azərbaycan televiziya məkanında hər hansı bir hadisəni operativ işıqlandıran televiziya kanalımız yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında televiziya eksperti, professor Qulu Məhərrəmli deyib.

Ekspert bildirib ki, televiziya məkanı peşəkarlıq baxımından istənilən səviyyədə olmadığına görə, auditoriya, tamaşaçı hər yeni açılan kanala ümidlə baxır: “Televiziya məkanında xəbər anlayışı öləziyib. Bəzi internet kanalları buna cəhd edirlər, lakin onların imkanları yetərli deyil. Ona görə də yeni televiziya kanalının yaradılması ümid oyadır”.

Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0