Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İxrac rüsumlarının artırılması iqtisadiyyata nə qazandıracaq - Professor şərh edir

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, yüksək emal dərinliyinə malik mallara rüsumların tətbiqi arzu olunan deyil
Elşad Məmmədov: “Rüsumlarının artırılması xammal ixracına aid olmalıdır”

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ixrac rüsumlarının qaldırılması daxili bazarın yerli məhsulla təminatının yaxşılaşdırılması üçün atılmış mühim addımdır:

“Nəzərə almaq lazımdır ki, ölkədə devalvasiyadan sonra ixrac əməliyyatları sahibkarlar üçün daha əlverişli olmağa başladı. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda ixracın göstəricilərinin yüksəlməyə başladığını gördük. Ölkədə həyata keçirilən iqtisadi islahatlarda daxili bazarın yerli məhsulla tam təminatı, ölkədən valyuta axının qarşısının alınması və makroiqtisadi göstəricilərin stabilliyi hədəf kimi qoyulub. Hesab edirəm ki, ixrac rüsumlarının artırılması xüsusən xammal ixracına aid olmalıdır. Amma daha yüksək emal dərinliyinə malik mallara rüsumların tətbiqi iqtisadiyyatın şaxələndirilməsi üçün yüksək texnoloji sahələrin inkişafı nöqteyi-nəzərindən arzu olunan deyil”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0