09:16 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Sputnik Azərbaycan Multimedia Mərkəzində intiharların qarşınını alınmasına həsr edilmiş tədbir
© Sputnik / Anar Mustafayev

Məktəbdə psixoloqların sayı yetərli deyil - psixoloqdan Elinanın intiharına münasibət

RADİO
Qısa URL
43 0 0

Psixoloq Azad İsazadə deyir ki, valideyn övladında hansısa dəyişikliyi hiss edirdisə, bununla bağlı məktəb rəhbərliyinə müraciət etməli, işə psixoloq cəlb olunmalı idi

“Mən özümü intihar baş vermiş məktəbdə işləyən psixoloqun yerinə qoyanda anlayıram ki, heç nə edə bilməzdim”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında psixoloq Azad İsazadə deyib.

Politoloq bildirib ki, uşaqların sayı çox olsa da məktəblərdə psixoloq sayı yetərli deyil: “Bəzi məktəblərdə 300 uşaq təhsil alır və onlarla iş üçün bir psixoloq ştatı var. Ən yaxşı halda daha çox uşaq təhsil alan məktəblərdə bu say iki olur. Məktəblərdə uşaqlarla məşğul olmaq üçün psixoloqların sayı yetərli deyil. Hər yaş qrupu ilə işləmək üçün xüsusi metodika var. Baş vermiş hadisəyə real yanaşmaq lazımdır. Valideyn övladında hansısa dəyişikliyi hiss edirdisə, bununla bağlı məktəb rəhbərliyinə müraciət etməli, işə psixoloq cəlb olunmalı idi. Bu gün məktəblərin fəaliyyət mexanizmi uşaqlarla fərdi məşğul olmağa imkan vermir. Azyaşlı uşağın ölümündə mənəvi məsuliyyəti onun ətrafında olan böyüklər daşıyır”.

Qeyd  edək ki, 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Psixoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular