17:12 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Председатель Совета Федерации РФ Валентина Матвиенко
© Sputnik / Murad Orujov

Valentina Matviyenko: “Azərbaycanla elmi əməkdaşlığın gücləndirilməsi əhəmiyyətlidir”

RADİO
Qısa URL
173 0 0

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyir ki, Azərbaycanda, daha üç Rusiya universitetinin filiallarının yaradılması barədə razılığa gəlinib

“Rus dilinin qorunması üçün Azərbaycanda yaradılmış şəraitə və rus mədəniyyətinə olan münasibətinizə görə şəxsən təşəkkür edirəm”. Sputnik Azərbaycan xəbər verir ki, bunu  Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Hal-hazırda Azərbaycanda aparıcı universitetlərimizdən ikisinin filialları fəaliyyət göstərir. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MGIMO) filialı da daxil olmaqla, daha üç Rusiya universitetinin filiallarının yaradılması barədə razılığa gəlinib. Biz bunu dəstəkləyirik və elmi əməkdaşlığın daha da gücləndirilməsini əhəmiyyətli hesab edirik. Universitetlər arasında tələbə mübadiləsi uğurla davam etdirilir. Biz hər il azərbaycanlı tələbələr üçün dövlət təqaüdləri ayırırıq. Onu da qeyd edim ki, Rusiyanın bütün təhsil müəssisələrində 15 min azərbaycanlı müxtəlif formalarda təhsil alırlar. Qəbul sayını artırmağa hazırıq, biz bunu çox vacib hesab edirik” - deyə V.Matviyenko bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Valentina Matviyenkonun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular