22:59 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Rusiya-Türkiyə münasibətlərinin pozulması üçün təsirlər var”

RADİO
Qısa URL
142 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, hər iki hazırda mürəkkəb təhlükəsizlik məsələlərini həll etməklə məşğuldur

İlqar Vəlizadə: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı daha da inkişaf edəcək”

“Rusiya-Türkiyə əlaqələri beynəlxalq münasibətlər müstəvisində əhəmiyyətli rol oynayır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, regional münasibətlərin inkişafı baxımından bu iki ölkə arasındakı əlaqələr önəm daşıyır: “Bu ölkələrin əlaqələri bütün sahələrdə inkişaf edir. Baxmayaraq ki, münasibətlərin pozulmasına yönəlmiş mənfi təsirlər də var, ancaq tərəflər dialoq çərçivəsində bütün məsələləri həll etməyə çalışırlar. Hər iki hal-hazırda mürəkkəb təhlükəsizlik məsələlərini həll etməklə məşğuldur. Düşünürəm ki, ölkələr arasındakı hərbi-texniki əməkdaşlıq daha da inkişaf edəcək”.

Qeyd edək ki, aprelin 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfər edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular