SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ-ın addımları beynəlxalq hüquqa ziddir”

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, bu addım heç bir dövlət tərəfindən qəbul edilməyəcək
Fikrət Sadıxov: “Aİ-nin bu qərarı tanımamasının əsası var”

Avropa İttifaqı (Aİ) İsrailin 1967-ci ildə işğal etdiyi ərəb əraziləri üzərində suverenliyini tanımır. Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ərəb Dövlətləri Liqasının Tunisdə keçirilən 30-cu sammitində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Aİ-nin bu qərarı tanımamasının əsası var: “Başqa bir ölkənin işğal olunmuş ərazisinə qarşı bu cür münasibət beynəlxalq hüquqa ziddir. Düşünürəm ki, Suriyada Bəşər Əsədi devirə bilməyən ABŞ bu səbəbdən belə bir addım atır. Ancaq bu addım heç bir dövlət tərəfindən qəbul edilməyəcək. ABŞ-ın bu addımı beynəlxalq düzəni pozur”.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə bu ölkənin Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0