CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik əməkdaşı təqaüdlərin artımından danışır

© © Babək Hüseynov tərəfindən təqdim olunubƏƏSMN-nin əməkdaşı Babək Hüseynov
ƏƏSMN-nin əməkdaşı Babək Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
ƏƏSMN-nin əməkdaşı Babək Hüseynov deyir ki, bütün müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödəniləcək
Babək Hüseynov: “Bütün müharibə veteranları Prezident təqaüdü alacaqlar”

“Azərbaycan Respublikası Prezidentinin adından təsis edilib ödənilən təqaüdlər I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılıb”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Babək Hüseynov deyib.

“Bundan başqa, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi yer alıb. Aprelin 1-dən etibarən əmək pensiyası və sosial müavinət alıb-almamasından asılı olmayaraq, bütün müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödəniləcək” - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamına uyğun olaraq, 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə Prezident təqaüdlərinin orta hesabla 100 faiz artırılması, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq aiddiyyəti üzrə təqdim edilib.

Babək Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0