06:56 23 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Zaur Məmmədov
© Sputnik / Murad Orujov

Politoloq: “Ukrayna seçkiləri regional proseslərin gedişatına təsir edəcək”

RADİO
Qısa URL
9510

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, bundan sonra bölgədə baş verəcək proseslərin gedişatına seçkilərin nəticəsi təsir edəcək

“Ukraynada seçki öncəsi keçirilən sorğular üç nəfərin lider olduğunu göstərir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, bu üç namizədin hər birinin prezident seçilmək şansı yüksəkdir: “Ukrayna ABŞ-Rusiya qarşıdurmasında önəmli yer tutur. Bundan sonra bölgədə baş verəcək proseslərin gedişatına seçkilərin nəticəsi təsir edəcək. Ona görə də ABŞ və Rusiya seçkiləri yaxından izləyirlər. Əgər prezident Poroşenko hakimiyyətini qoruya bilsə hazırki siyasətini davam etdirəcək. Yuliya Timoşenko prezident seçiləcəyi təqdirdə Rusiya ilə dialoqa getməklə yanaşı, Ukraynanın qərbə inteqrasiyasını davam etdirəcək. Əgər Vladimir Zelenski prezident olacaqsa, onun nə edəcəyi bəlli deyil. Bütün bunlar Ukraynada keçiriləcək seçkilərin aktuallığını göstərir”.

Qedy edək ki, martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular