21:18 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov

Politoloq: “Ukraynanın yeni liderinin adı ikinci turda məlum ola bilər”

RADİO
Qısa URL
180 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, Ukrayna seçicisi düzgün seçim etməlidir

“Ukraynada seçki öncəsi vəziyyət gərgindir və bir sıra qüvvələr burada stabilliyin pozulmasında maraqlıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloqun bildirib ki, vəziyyətin bu cür olması seçkilərin gərgin keçəcəyini xəbər verir: “Dövlət başçısı postuna iddialı siyasətçilərin reytinqləri yüksəkdir. Ona görə də belə gərgin məqamda seçkilərin keçirilməsindən sonra Ukrayna müəyyən problemlərlə üzləşə bilər. Ölkə daxilində olan problemlərdən seperatist qüvvələr səmərəli şəkildə istifadə edir.  Hazırki vəziyyətdə Ukrayna seçicisi düzgün seçim etməlidir. Düşünürəm ki, birinci turda deyil, ikinci turda Ukraynanın yeni başçısının adı məlum olacaq”.

Qeyd edək ki, martın 31-də Ukraynada növbəti prezident seçkiləri keçiriləcək

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular