05:23 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Yusif Eyvazov
© Sputnik / Nina Zotina

Dünya şöhrətli azərbaycanlı tenor gələcək planlarından danışdı

RADİO
Qısa URL
151 0 0

Xalq artisti Yusif Eyvazov deyir ki, musiqimizin dünyada təşviq edilməsində Heydər Əliyev Fondunun böyük rolu var

“Cari ilin mayında Bakıda konsertimiz olacaq. Konsertə ciddi hazırlıq işləri gedir, yəqin ki, tezliklə dəqiq tarix elan olunacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Parisdə AZƏRTAC-a müsahibəsində dünya şöhrətli azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov deyib.

 “Xalqımızın yüksək musiqi duyumu, Azərbaycanın zəngin musiqi irsi var. Opera musiqisi sahəsində Azərbaycan məktəbinin xüsusi yeri mövcuddur. Klassik musiqi irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması sahəsində bəstəkarlarımız, ifaçılarımız musiqi tariximizdə dərin iz qoyublar. Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqimizin dünyada təşviq edilməsində Heydər Əliyev Fondunun böyük rolunu qeyd etmək istəyirəm. Fond gənc musiqiçilərə dəstəyini əsirgəmir. Bir çox musiqiçilərimizin beynəlxalq səviyyədə tanınmasında Heydər Əliyev Fondunun əvəzedilməz rolu olub”, - deyə Azərbaycanın Xalq artisti Y.Eyvazov vurğulayıb.

Xalq artisti Yusif Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular