13:32 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Elçin Cəfərov
© E.Cəfərovun şəxsi arxivindən

Elçin Cəfərov Bakıda keçirilən konfransın məqsədlərini açıqlayıb

RADİO
Qısa URL
27 0 0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov deyir ki, konfrans mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir

“Mart ayının 12-13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək”. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov məlumat verib.

“2002-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən hər il ənənəvi olaraq təşkil olunan konfransın məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir. Konfrans türk xalqlarının bədii mədəniyyətinin araşdırılması sahəsində çalışan mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir. Azərbaycanın müxtəlif tədris və elmi müəssisələrinin əməkdaşları ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkmənistan mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda türk xalqlarının bədii mədəniyyətinə dair 50-ə yaxın məruzə dinləniləcək” - deyə o bildirib.

Elçin Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular