13:31 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288

ABŞ-Çin razılaşması dünya iqtisadiyyatına necə təsir edəcək - Ekspert şərhi

RADİO
Qısa URL
139 0 0

İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, iki ölkə arasındakı ticari münasibətlər bütün dünya iqtisadiyyatına təsir göstərir

Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi üzrə danışıqlar yekun mərhələdədir, tərəflər artıq martın sonlarında saziş əldə olunduğunu elan edə bilərlər. Bu barədə danışıqların gedişatı barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Çin arasında razılıq əldə olunacağı proqnozlaşdırılırdı: “Ölkələr arasındakı ticarət müharibəsi digər ölkələri də buna qoşulmağa vadar edirdi. İki ölkə arasındakı ticari münasibətlər bütün dünya iqtisadiyyatına təsir göstərir. Razılığın əldə olunmasının müsbət məqamları da var. Bu, dünya bazarında qiymət artımına müəyyən mənada əngəl olacaq. Bununla belə, dünyada yüksək texnologiyaların inkişafında müəyyən qədər durğunluq yarana bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular