13:28 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
© Sputnik / Murad Orujov

Novruzda Azərbaycana hansı ölkələrdən turistlər gələcək - ekspert açıqladı

RADİO
Qısa URL
224 0 0

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, Azərbaycana gələn turistləri 3 qrupa aid etmək olar

“Bayram günlərində ölkəmizə turistlər əsasən İrandan gəlir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

“İkinci yerdə ərəb ölkələrindən gələn turistlərin sayı çoxluq təşkil edir. Daha sonra isə MDB ölkələrindən, xüsusən də Rusiyadan ölkəmizə çox sayda turist gəlir. Rusiyadan ölkəmizə gələnlər əsasən azərbaycanlılardır. Rusiyadan gələn turistlərin digərlərindən fərqi ondadır ki, onlar 90 gün ərzində vizasız yaşamaq hüququna malikdirlər. Buna əsasən Azərbaycana gələn turistləri 3 qrupa aid etmək olar. İrandan və ərəb ölkələrindən gələn turistlər əsasən Bakı şəhərinə təşrif buyurur. Ancaq MDB və Rusiyadan gələnlər isə daha çox regionlarda qeydiyyata düşürlər. Bu da martda Azərbaycana gələn miqrantların özəlliyidir” — deyə o bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular