Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Ermənistan tərəfi verdiyi bəyanatlarla danışıqlardan qaçır”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Avropa Şurasının münaqişənin həllində birbaşa iştirakı üçün müvafiq mandat lazımdır
İlqar Vəlizadə: “Tuskun bəyanatları indiki vəziyyəti əks etdirmir”

“Əminik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz”. Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk martın 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi hər zaman Avropa İttifaqının diqqət mərkəzində olub:

“Avropa Şurasının münaqişənin həllində birbaşa iştirakı üçün müvafiq mandat lazımdır. Onlar çalışır ki, münaqişə tərəfləri aparılan dialoqları sürətləndirsinlər. Ancaq məsələ burasındadır ki, Ermənistan tərəfi verdiyi bəyanatlarla danışıqlardan qaçır. Bu danışıqlar prosesinə mənfi təsir göstərir. Tuskun bəyanatları isə indiki vəziyyəti əks etdirmir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0