20:50 18 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov

Professor: “Rusiyanın bazardan tam şəkildə sıxışdırılıb çıxarılması real deyil”

RADİO
Qısa URL
22 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, “Şimal axını-2” layihəsinin reallaşmasına əngəl olmaq üçün siyasi təhlükələr ortaya çıxır

““Şimal axını-2” layihəsi Avropanın enerji təhlükəsizliyi üçün önəm daşıyır”. Bunu Sputnik Azərbaycan-a “Şimal axını-2” layihəsinin perspektivləri haqqında danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, bu layihə bütün iştirakçılar üçün iqtisadi, sosial baxımdan çox zəruridir: “Bununla yanaşı layihənin reallaşmasına əngəl olmaq üçün siyasi təhlükələr ortaya çıxır. ABŞ layihənin reallaşmaması üçün təhdidlə çıxış edir. Təbii ki, bunlar hamısı siyasi məzmun daşıyır və məqsəd Rusiyanın Avropanın enerji bazarındakı rolunun zəiflədilməsi ilə bağlıdır. Hesab edirəm ki, bu layihə reallaşacaq. Çünki hazırkı vəziyyətdə Rusiyanın bazardan tam şəkildə sıxışdırılıb çıxarılması real deyil”.

Qeyd edək ki, Almaniyada keçirilən sorğuda əhalinin böyük hissəsinin “Şimal axını-2” layihəsini dəstəklədiyi müəyyən edilib.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular