Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rus turistləri Azərbaycana gətirən səbəb - ekspert şərh edir

© Sputnik / Murad OrujovDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır
Azər Allahverənov: “Azərbaycana gələn miqrantların sayı artır”

“Azərbaycan və Rusiya arasında çox sıx inkişaf edən miqrasiya prosesləri var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyib.

“Bunu bizi ölkəyə gələn rusiyalı turistlərin sayında da görə bilərik. İldən-ilə Azərbaycana gələn miqrantların sayı artır. Bizim Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır. Azərbaycan Rusiyalı turistlər üçün maraqlıdır. Müxtəlif stendlərin, sərgilərin təşkil olunması, Rusiyadakı turizm şirkətləri ilə əlaqələrin qurulması Rusiyadan olan turistlərin Azərbaycana üz tutmasına səbəb olur. Düşünrəm ki, bu sahədə işi daha da gücləndirmək lazımdır” — deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan MDB məkanında ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biri sayılıb. “TurStat” analitika agentliyi Rusiya turistlərinin ekskursiya turları, istirahəti və səyahətləri üçün MDB ölkələrinin ən yaxşı ekskursiya istiqamətlərinin reytinqini tərtib edib.

 

Xəbər lenti
0