QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı faciəsini dünyaya necə tanıdaq – Tarixçi-ekspert danışır

Abunə olmaq
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, faciənin 20-ci ildönümündə ermənilər tərəfindən kəskin reaksiyalar var idi
Rizvan Hüseynov: “Müxtəlif dillərdə dolğun məlumatlar hazırlanmalıdır”

“Xocalı faciəsi ümumbəşəri faciədir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

“Bu faciə təkcə Azərbaycan xalqının faciəsi deyil. Son illər “Justice for Khojali!” layihəsi çərçivəsində böyük işlər görülüb. Hər il yüzlərlə ölkədə faciə ilə bağlı tədbirlər keçirilir. Ancaq onu qeyd edim ki, faciənin 20-ci ildönümündə ermənilər tərəfindən kəskin reaksiyalar var idi. Onlar iddia edirdilər ki, bu hadisələrin günahkarı Azərbaycanın o vaxtkı hakimiyyətidir, həmçinin şəhərin özündə heç bir cinayətin törədilmədiyini söyləyirdilər. Zənnimcə, hadisəni dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üçün müxtəlif dillərdə dolğun məlumatlar, videolar hazırlanıb informasiya mənbəyi olan saytlarda yerləşdirilməlidir”, — deyə o bildirib.

Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilərkən etnik azərbaycanlılara qarşı törədilmiş soyqırım aktıdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə, tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0