Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səmayə Məmmədova: “Bu il Azərbaycanda mötəbər beynəlxalq yarışlar keçiriləcək”

© Sputnik / Murad OrujovNoyabrın 8-də Bakıda IV İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının IV iclası ilə əlaqədar mətbuat konfransı keçirilib
Noyabrın 8-də Bakıda IV İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının IV iclası ilə əlaqədar mətbuat konfransı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, yarışların təşkili ilə Azərbaycana gələn turistlərin sayının cari ildə artacağı gözlənilir
Səmayə Məmmədova: “Azərbaycan idman ölkəsi olduğunu təsdiqləyib”

“Azərbaycan bu il də idmanın müxtəlif növləri üzrə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

“Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir. Keçən il Azərbaycana gələn turistlərin sayı artaraq 3 milyona yaxınlaşıb. Bu il nüfuzlu yarışların təşkili ilə Azərbaycana gələn turistlərin sayının cari ildə də artacağı gözlənilir. Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər irimiqyaslı yarışların təşkili ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, Azərbaycanın peşəkar idman təşkilatçısı kimi tanınmasına səbəb olub”, - deyə o bildirib.

Səmayə Məmmədovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0