Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı vacibdir - ekspert şərh edir

© Photo : SİAMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, enerji təchizatı sahəsində Azərbaycanın fəallığı onun hər zaman diqqətdə olmasına imkan yaradır
Müslüm İbrahimov: “Avropa Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır”

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədi ilə Avropa İttifaqının nümayəndə heyətləri ölkəmizə səfər edib.

İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar Azərbaycanın enerji, nəqliyyat sistemində rolu daha da artıb:  “Reallaşdırılan layihələr ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola sübutdur. Bu sadəcə kağız üzərində deyil, həm də iqtisadi sferada Aİ ilə yaxınlaşma deməkdir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələrin inkişafı vacib məsələdir. Xüsusən də enerji təchizatı sahəsində Azərbaycanın fəallığı onun hər zaman diqqətdə olmasına imkan yaradır. Əsasən Cənubi Avropa ölkələri Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Bu iqtisadi əlaqələr yalnız enerji məhsullarının alışı və satışı ilə məhdudlaşmır, həmçinin qeyri-neft sektoru sahələrində önəmli əlaqələrin qurulmasını təmin edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0