Politoloq: “Avropa İttifaqı Türkiyənin tələblərinə reaksiya verməyəcək”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Aİ-nin birmənalı mövqeyinin olmaması şərtlərin reallaşdırılmasına əngəl olur
İlqar Vəlizadə: “Avropa İttifaqı və Türkiyə arasında gərginlik davam edəcək”

Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə birgə mətbaut konfransında bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, son illər qaçqınlar mövzusu Türkiyə-Aİ münasibətlərində prioritet yerlərdən birini tutur:

“Tərəflər bir neçə il bundan əvvəl bu məsələ ilə bağlı razılığa gəliblər. Razılaşmada bir neçə müddəalar var idi. Ancaq Aİ-nin birmənalı mövqeyinin olmaması şərtlərin reallaşdırılmasına əngəl olur. Bu isə əlbəttə Türkiyəni qane etmir. Düşünürəm ki, Aİ yaxın vaxtlarda Türkiyənin tələblərinə reaksiya verməyəcək. Suriya məsələsi həll olunmadıqca Aİ və Türkiyə arasında gərginlik davam edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

Xəbər lenti
0