Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İnflyasiyanı 4 faiz həddində saxlamaq mümkün olacaqmı - ekspert şərh edir

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, sabit və aşağı rəqəmli inflyasiyanın olması vacibdir
Müslüm İbrahimov: “İnflyasiyanın saxlanması biznes qurumları üçün indikatodur”

2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin AMB-nin səlahiyyətləri çərçivəsində qorunması olacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qurumun İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın iqtisadi siyasəti makroiqtisadi sabitliyin qorunmasına yönəlib:

“Makroiqtisadi sabitliyin qorunması deyəndə, iqtisadi əməliyyatların aparılması üçün sabit şəraitin yaradılması nəzərdə tutulur. Bunun üçün də sabit və aşağı rəqəmli inflyasiyanın olması vacibdir. İnflyasiyanın 4 faiz həddində saxlanması biznes qurumları üçün indikatodur. İnflyasiyaya təsir edən ikinci indikator valyutanın kursudur. Bu da makroiqtisadi sabitliyin qrounmasının vacib indikatorudur. Yəni, burada hər şey dövlətin apardığı siyasətə əsaslanır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0