04:52 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Публицист и драматург Эльчин Гусейнбейли
© Photo : АПА

Elçin Hüseynbəyli Qarabağ hekayələrini təqdim etdi

RADİO
Qısa URL
218 0 0

Yazıçı deyir ki, kitabda insandan və onun ağrılarından söhbət gedir

““Gözünə gün düşür” kitabı 30 illik yaradıcılığımın məcmuəsidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib.

“Mən “Küləkli çöl” adlı ilk hekayəmi Ermənistandan deportasiya olunmuş bir nəfərə həsr etmişdim. Bu kitabım isə müharibə haqqında olsa da, həm də müharibə haqqında deyil. Kitabda insandan və onun ağrılarından söhbət gedir. Bir yazıçı kimi mən sülh tərəfdarıyam, ancaq mənim dediyim ədalətli sülhdür. Bunun üçün isə işğalda olan torpaqlarımız azad edilməlidir. Əsərlərimin də əsas mayası budur” - deyə yazıçı bildirib.

Qeyd edək ki, fevralın 6-da Yazıçılar Birliyində yazıçı Elçin Hüseynbəylinin “Gözünə gün düşür” kitabının təqdimatı keçirilib.

Əsas mövzular