17:49 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142

Akademik: “İstərdim ki, media aparılan islahatlar prosesinə mane olmasın”

RADİO
Qısa URL
116 0 0

Akademik İsa Həbibbəyli deyir ki, AMEA rəhbərliyi elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb. Prezident İlham Əliyevin struktur islahatlarının aparılması ilə bağlı verdiyi tapşırıq əsasında Akademiyanın rəhbərliyi tərəfindən buna hazırlıq işləri aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, islahatların aparılması zamanın tələbidir və bununla bağlı qarşılarına konkret vəzifə qoyulub: “AMEA rəhbərliyi də idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır. Akademiya islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlayır. Bizim vaxtımız var ki, Prezidentin verdiyi altı ay ərzində daha optimal variantlar hazırlayaq. Ona görə də çox istərdim ki, media bu işlərə müdaxilə edərək aparılan islahatlar prosesinə mane olmasın, çünki elə məsələlər var ki, hələ daxili müzakirə səviyyəsindədir”.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

İsa Həbibbəylinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular