11:34 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Yeganə Hacıyeva
© Sputnik / Murad Orujov

Yeganə Hacıyeva: “Azərbaycanda gənclər çox dəyişib”

RADİO
Qısa URL
101 0 0

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyir ki, bütün dünyada gedən proses kimi, Azərbaycan gəncliyinin inkişaf etdiyini də müşahidə etmək olar

“Son on il ərzində Azərbaycan gəncləri çox dəyişib. İndi onlar daha aktiv və optimistdir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.

“Əvvəlki dövrdə gənclərin müəyyən qismi proseslərdə aktivlik göstərirdilərsə, bu gün artıq bu dəyişib. Çünki həmin zaman gəncləri indiki kimi aktivliyə sövq edən vasitələr və imkanlar yox idi. Bütün dünyada gedən proses kimi, Azərbaycan gəncliyinin inkişaf etdiyini də müşahidə etmək olar. Bu gün Azərbaycan gənci iqtisadi cəhətdən müstəqildir və bunu təmin etmək üçün imkanlar daha əlçatandır. Artıq gənclər sosial media vasitəsilə siyasi, ictimai və iqtisadi kariyeralarını qura bilirlər”,- deyə o bildirib.

Yeganə Hacıyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular