05:05 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

İran nə üçün Suriyaya yardım edir - Politoloq şərh edir

RADİO
Qısa URL
120 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, İranın məqsədi Suriya, İraq və Livan vasitəsilə zolaq yaratmaqdır

İran Suriyanın silahlı münaqişədən sonra bərpasına yardım edəcək. Bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Dəməşqə səfəri zamanı bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, İranın məqsədi Suriya, İraq və Livan vasitəsilə zolaq yaratmaqdır:

“Həmin zolaq İrana imkan verəcək ki, bu ölkələrlə əməkdaşlıq qursun və nüfuzunu artırsın. İran bu ölkələri zəbt etmək niyyətində deyil. İran istəyir ki, Aralıq dənizində nüfuzunu möhkəmləndirsin. Suriya o gücdə deyil ki, öz hesabına iqtisadiyyatının bərpa etsin. Ona görə də, mümkün olan müxtəlif donorlara üz tutur. Suriyada maraqları olan ölkələr həm də İranın rəqibləridir. İran da çalışır ki, onlardan geri qalmasın. İran geo-politik maraqlarını təmin etmək üçün bu addımları atır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular