Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Yol hərəkəti təhlükəsizliyində vahid dövlət siyasətinin olması vacibdir”

Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, vahid siyasətin əsas prinsipi ayrı-ayrı strukturlar arasında əlaqələndirmə işinin tşkili məsələsidir
Azər Allahverənov: “Vahid elektron analitik mərkəzin yaradılması önəmlidir”

“İdarəetmə sistemində yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı vahid dövlət siyasətinin olması vacib amildir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.

“Vahid dövlət siyasəti dövlətin bu məsələyə yanaşmasını özündə ehtiva edir. Bu siyasətin əsas prinsipi ayrı-ayrı strukturlar arasında əlaqələndirmə işinin təşkili məsələsidir. Bu gün biz görürük ki, yol infrastrukturu genişlənir, digər aidiyyatı qurumlar müvafiq tədbirlər həyata keçirirlər. Amma burada vacib amil odur ki, ayrı-ayrılıqda fəaliyyət göstərən bu qurumlar işləri əlaqələndirilmiş şəkildə, vahid platformadan həyata keçirsinlər. Bu vahid dövlət siyasətinin əsas elementlərindən biridir. Digər vacib məsələ isə vahid elektron analitik mərkəzin yaradılmasıdır. Sevindirici haldır ki, dövlət proqramında bu məsələ var. Bu məsələ ilə bağlı da aidiyyatı qurumların üzərinə ciddi məsuliyyət qoyulub”, - deyə ekspert bildirib.

Qeyd edək ki, ötən il dekabrın 27-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0