Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: "Ərəb turistlərin Azərbaycana yeni axını gözlənilir"

© Sputnik / Murad OrujovDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib
Azər Allahverənov: “Azərbaycan ərəb turistləri üçün yeni ölkədir”

Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır. Bunu Trend-ə Azərbaycan – Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, İslam ölkələrindən olan turistlərin Azərbaycana marağı başa düşüləndir:

“Əvvəlki illərdə müsəlman turistlər daha çox Amerika və Avropa ölkələrinə üz tuturdular. Sovetlər dönəmində müəyyən məhdudiyyətlərin olması onların bura marağını azaltmışdı. Ancaq indi müstəqillik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib. Qəbul edilən proqramlarda da hədəf kütləsi kimi Ərəb ölkələrindən olan turistlər seçilmişdi. Azərbaycan ərəb turistləri üçün yeni ölkədir və onların bura maraqları böyükdür”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0