09:50 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
İqtisadçı-ekspert Fuad İbrahimov
© Fuad İbrahimovun şəxsi arxivindən

Ekspert struktur islahatlarının iqtisadiyyata təsirlərini şərh edir

RADİO
Qısa URL
134 0 0

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, islahatlar gələcəkdə olması ehtimal edilən hər hansı iqtisadi katakilizmlərə qarşı hazırlıqlı olmağa imkan yaradacaq

Yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar qəbul edilən qərarlar makroiqtisadi sferada iqtisadiyyatın bütün sahələrində inkişafa təkan verir:

“Müəyyən zaman çərçivəsində verilən sərəncamlardan  irəli gələn fəaliyyətlərin effektivliyi müşahidə olunacaq. Qərb təcrübəsinə diqqət yetirsək görərik ki, bu qərarlar müxtəlif ölkələrdə, fərqli sahələrdə effektivliyini təsdiq edib. Yəni, bu qərarlar qazanılmış müsbət təcrübələr əsasında tətbiq olunur. Düşünürəm ki, bu qərarlar makroiqtisadi tarazlığı təmin edəcək və gələcəkdə olması ehtimal edilən hər hansı iqtisadi katakilizmlərə qarşı hazırlıqlı olmağa imkan yaradacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular