Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Akademik: ““Nəsimi ili” tarixi əhəmiyyətə malikdir”

© Photo : REPORTakademik İsa Həbibbəyli
akademik İsa Həbibbəyli - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyir ki, Nəsimi ilə bağlı iki sərəncamın imzalanması mühüm hadisədir
İsa Həbibbəyli: “Bunlar Azərbaycanın sabahına hesablanmış tədbirlərdir”

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə müstəqillik dövründə də sahib çıxdığını və yüksək qiymət verdiyini, onların nümunəsində yeni nəsli inkişaf etdirmək məqsədini aydın şəkildə göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

“Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki sərəncamın imzalanması mühüm hadisədir. Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

İsa Həbibbəylinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0