Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropalı rəhbər Formula 1 yarışı üçün görülən işlərdən danışıb

© SİATom Butçer - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri
Tom Butçer - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri  - Sputnik Azərbaycan
Abunə olmaq
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyir ki, trekdə və onun ətrafında hər hansı bir dəyişiklik olmayacaq
Tom Butçer: “Formula 1 başlayanadək tikinti işləri yekunlaşacaq”

“Formula 1 Azərbaycan Qran-Prisinin paddok ərazisində tikinti işləri davam edir. Hazırlıq plana uyğun gedir və tikinti işləri yarış başlayanadək yekunlaşacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri yanvarın 10-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.

“Əlimizdən gələni edəcəyik ki, builki yarış da baxımlı və maraqlı keçsin. Fevralın 1-dən trekin ətrafında olan təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlayacağıq. Üç həftə sonra isə baryerlərin üzərində şəbəkələr qurulacaq. Martın 1-dən isə tribunaların hazırlanmasına start veriləcək. Trekdə və onun ətrafında hər hansı bir dəyişiklik olmayacaq. Əsas məqsədimiz tamaşaçıların yarışa böyük həvəslə qatılmasıdır. Bu il keçiriləcək yarışın da mövsümün ən yaxşısı seçilməsi üçün var gücümüzlə çalışırıq. Plana əsasən, tikiləcək pit binası və qarajların yarışdan sonra saxlanacaq” - deyə o bildirib.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər lenti
0