11:58 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Aysel Fərziyeva, Qida təhlükəsizlik agentliyinin mətbuat katıbı
© AQTA-nin mətbuat xidməti tərəfindən təqdim olunub

Bakının hansı rayonlarında heyvan kəsimi bərbad gündədir - AQTA rəsmisi danışır

RADİO
Qısa URL
161 0 0

AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyir ki, problem əsasən paytaxtın Binəqədi, Yasamal və Nizami rayonlarında qabarıq şəkildə özünü göstərir

“Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına uyğun olmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri həyata keçirir”. Bunu Sputnik Azərbaycan-a Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

Sektor müdiri bildirib ki, montorinqlər indiyə qədər də aparılıb və fəaliyyətini qanunsuz şəkildə quran şəxslərə ciddi xəbərdarlıq olunub:

“Son dövrlər aparılan araşdırmalar göstərib ki, həmin şəxslər bu xəbərdarlıqlara məhəl qoymayıblar və fəaliyyətlətinə davam edirlər. Bu problem əsasən paytaxtın Binəqədi, Yasamal və Nizami rayonlarında qabarıq şəkildə özünü göstərir. Ona görə də, AQTA aidiyyatı orqanların əməkdaşları ilə birlikdə ilk olaraq Nizami rayonunda reydlərə start verdi. Həmin yerlərdə heyvan kəsiminin və ət satışının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Bu proses davamlı olacaq. Növbəti reydlər Yasamal, Binəqədi rayonlarında və ümumilikdə bütün ölkə ərazisində keçiriləcək”.

Aysel Fərziyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

Əsas mövzular