Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir müavini: “Ticarət evləri Azərbaycanın ixrac həcminin artmasına təsir edəcək”

© Photo : TRENDRüfət Məmmədov
Rüfət Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyir ki, bir sıra məhsullarımız bu Ticarət Evləri vasitəsi ilə bazara çıxarılıb
Rüfət Məmmədov: “İxracatçılarımız mağaza şəbəkələri ilə əməkdaşlıq edirlər”

Azərbaycanın Dubayda Ticarət Evinin yanvarın 10-da açılması planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb”. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Rüfət Məmmədov bildirib ki, bu ticarət evi uğurla fəaliyyət göstərir. Bir sıra məhsullarımız bu ticarət evi vasitəsi ilə bazara çıxarılıb. 2018-ci ildə üç ticarət evi açılıb. Həmin bazarlarda fəaliyyət göstərən ticarət evlərimiz bazarın xüsusiyyətlərini bilir, mağaza şəbəkələri ilə əməkdaşlıq edirlər.  Bu, praktiki bir mexanizmdir və ixracatçılarımız da bundan faydalanırlar. Bununla da həm ixrac coğrafiyasını, həm də həcmini artırırlar”.

Rüfət Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0