CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Bakının yolları velosiped sürmək üçün uyğun deyil”

Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, zəruri tədbirlərin görülməsi velosipeddən istifadə edənlərin sayını artıra bilər
Azər Allahverənov: “Digər nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azala bilər”

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, bu, velosipedin populyar nəqliyyat vasitəsinə çevrilməsinə səbəb olacaq:

“Bizdə velosiped nəqliyyatının inkişafdan qalmasının müəyyən səbəbləri var. Velospied zolaqlarının mövcud olmaması əsas problemlərdən idi. Hazırki vəziyyətdə bizim yollarımız velosiped sürmək üçün uyğun deyil. Dövlət Proqramında bu məsələlərlə bağlı müddəaların göstərilməsi zəruri infrastrukturun yaradılmasını gündəmə gətirir. Zəruri tədbirlərin görülməsi velosipeddən istifadə edənlərin sayını artıra bilər. Bu da digər nəqliyyat vasitələrin istifadə edənlərin sayının müəyyən qədər azalmasına səbəb ola bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0