12:08 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008

Millət vəkili: “Çörək israfına qarşı qanun layihəsinin qəbul edilməsi mümkündür”

RADİO
Qısa URL
249 0 0

Vahid Əhmədov deyir ki, belə bir qanun layihəsi qəbul edilərsə, çörəyi təkrar emala göndərməklə israfçılığın qarşısını almaq olar

“Bu gün dünyada çox böyük ərzaq qıtlığı olsa da, bəzi ölkələrdə çörəyin israfı problemi var. Azərbaycan da belə ölkələrdəndir”.  Bunu Sputnik Azərbaycan-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov deyib.

“Elə çörək var ki, onları bir gündən artıq saxlamaq olmur. Belə olan halda, ya onu heyvanlara atmaq, ya da tullamaq məcburiyyətində qalırlar. Problemin qarşısının alınması üçün Azərbaycanda da qanun layihəsinin qəbul edilməsi mümkündür. Belə bir qanun layihəsi qəbul edilərsə, çörəyi təkrar emala göndərməklə israfçılığın qarşısını almaq olar. Bu qanun layihəsinin qəbulu, təkrar emal üçün əlavə vəsaitin ödənilməsi istehsalçıların müəyyən problemlərinin həllinə kömək edər. Belə bir qanun layihəsinin işlənib hazırlanması Azərbaycanda çörəyin daha da ucuzlaşmasına səbəb ola bilər” – deyə V.Əhmədov əlavə edib.

Deputatın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular