SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “Ermənistanın yeni hakimiyyəti əvvəlkilərdən fərqlənmir”

© Sputnik / Murad OrujovQərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmiraslanov deyir ki, region ölkələrinin vəziyyəti hazırda fərqli situasiyalarda inkişaf edir
Zeynal Əmirəliyev: “Azərbaycanlı və erməni icmalar arasında dialoq intensivləşəcək”

“Region ölkələrinin vəziyyəti hazırda fərqli situasiyalarda inkişaf edir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində "siyasi trendlər və gözləntilər" mövzusunda təşkil olunmuş tədbirdə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmirəliyev deyib.

Ekspert bildirib ki, region ölkələrindən olan İran nüvə proqramından nə qədər uzaqlaşsa da, ABŞ sanskiya siyasətini davam etdirəcək:

“Tramp və komandası çalışır ki, İranın region ölkələrinə təsir imkanları sıfırlansın. Çinin İrana qarşı ənənəvi siyasətində də dəyişiklik müşahidə olunur. Xüsusən də iri Çin şirkətlərinin İran bazarını tərk etməsi sosial-iqtisadi böhranın yaranmasına gətirib çıxardı. Ermənistandakı vəziyyətə gəldikdə isə yeni hakimiyyət əvvəlkilərdən fərqləndiyini göstərməlidir. Azərbaycan tərəfi jest olaraq Qarabağın azərbaycanlı icmasının rəhbərliyini dəyişdi. Düşünürəm ki, bundan sonra icmalar arası dialoq intensivləşəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0