02:12 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il
© Sputnik / Murad Orujov

Cümhuriyyətin 100 illiyi nəylə yadda qaldı – tarixçi şərhi

RADİO
Qısa URL
56 0 0

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, tədbirlər hansısa xüsusi il çərçivəsində deyil, hər zaman əsasında keçirilsin

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər ölkə rəhbərliyinin nəzarəti altında yüksək səviyyədə təşkil olundu”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov deyib.

“Bu onu sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin irsi ən yüksək dəstəyi alır. Bu il ən yadda qalan tədbir keçirilən hərbi parad idi. Həmçinin muzeylərdə və digər yerlərdə də Cümhuriyyət ili ilə əlaqədar müxtəlif tədbirlər təşkil olundu. Bu tədbirlər gənc nəsildə milli ruhun aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ancaq istəyimiz budur ki, tədbirlər hansısa xüsusi il çərçivəsində deyil, hər zaman müxtəlif şəxslərin fərdi təşəbbüsü əsasında keçirilsin. Həmçinin, elm ocaqlarında, milli televiziya kanallarımızda Cümhuriyyət yada salınsın”, - deyə o bildirib.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular