SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Gələn il Azərbaycanın geosiyasi və geocoğrafi əhmiyyəti artacaq”

Abunə olmaq
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, Yaxın Şərq regionundakı gərginlik Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti rolunu önə çıxaracaq
Zaur Məmmədov: “Azərbaycan 2019-cu ilə vacib ölkə olaraq daxil olacaq”

“Növbəti ildə də Yaxın Şərqdə gərginlik davam edəcək”. Bunu Sputnik Azərbaycan-a Yaxın Şərqdəki vəziyyəti şərh edərkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, baş verən hadisələr Azərbaycanın geosiyasi və geocoğrafi əhmiyyətini artıracaq: “Regionda baş verən hadisələr qlobal güclərin Azərbaycana baxışını dəyişəcək. Regiondakı gərginlik Azərbaycanın Cənubi Qafqazdakı aparıcı dövlət rolunu önə çıxaracaq. Həmçinin bu gərginliyin fonunda Azərbaycan-Rusiya münasibətləri daha da güclənəcək. Ümumilikdə Azərbaycan 2019-cu ilə İsrail, ABŞ və Rusiya üçün vacib ölkə olaraq daxil olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0