20:20 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Бизнес-форум ЕС-Азербайджан
© Sputnik / Murad Orujov

Dövlət Gömrük Komitəsinin sədri gələn il reallaşdırılacaq islahatları açıqladı

RADİO
Qısa URL
10101

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyir ki, gələn il idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq

“2019-cu ildə Dövlət Gömrük Komitəsində aparılan islahatlar davam etdiriləcək”. Sputnik Azərbayacan-ın xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə müsahibəsində deyib.

“Gələn il sərhəd keçid məntəqələrində infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək. Eyni zamanda idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə yaşıl dəhliz sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar insan amili olmadan, mallarını anbarlara boşalda biləcəklər”, - deyə Səfər Mehdiyev bildirib.

Səfər Mehdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular