05:30 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Natiq Rəsulzadə
© Sputnik / Murad Orujov

Yazıçı: “Azərbaycanda böyük tirajla kitablar çıxa bilməz”

RADİO
Qısa URL
20610

Yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyir ki, tanınmış yazıçılarımız heç olmasa 5-7 min sayla kitab nəşr etdirə bilərlər

“Forbes” jurnalı 2018-ci ilin 11 ən çox qazanc əldə edən yazıçılarının adlarını açıqlayıb. Onlar cari ildə ABŞ-da 24,5 milyon ədəd kitab sata biliblər və bunun müqabilində 283 mln. dollar vəsait qazanıblar.

Yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, bütün dünyada kitaba münasibət dəyişib: “İnsanlar kitabı əyləncə kimi qəbul edirlər. Azərbaycan balaca ölkə olduğu üçün burada böyük tirajla kitablar çıxa bilməz. Amma tanınmış yazıçılarımız heç olmasa 5-7 min sayla kitab nəşr etdirə bilərlər. Kitabın yayılması üçün mütləq reklam lazımdır. Televiziyalar yerli yazarların kitablarını təqdim etsələr bu işə faydalı olar. Bizim yazıçılarımızın dünyaya çıxması üçün böyük işlər görülməlidir. Kitab təbliğ olunmalıdır ki oxucuya çatsın”.

Natiq Rəsulzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular