23:56 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Zaur Məmmədov
© Sputnik / Murad Orujov

Politoloq: “Bundan sonra Makron siyasi qərarlarında daha ehtiyyatlı davranacaq”

RADİO
Qısa URL
126 0 0

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, Fransada baş verən hadisələrə Makronun fikirləri də təsir edib

“Fransada baş verən hadisələr xalqın dövlət başçısından razı olmadığını göstərdi”. Bunu Sputnik Azərbaycan-a Fransada keçirilən kütləvi nümayişləri şərh edərkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Fransada baş verən hadisələrə Makronun fikirləri də təsir edib: “Makron ABŞ-da asılı olmayan vahid Avropa ordusunun yaradılması ideyasını təklif edir. Şübhəsiz ki, bu da hadisələrin baş verməsində öz rolunu oynayır. Düşünürəm ki, bundan sonra Fransada vəziyyət sabitliyə doğru gedəcək. Bu hadisələr Makron üçün siqnal idi. Qənaətimcə, bundan sonra o, siyasi qərarlarında daha ehtiyyatlı davranacaq”.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, hərəkat iştirakçıları sarı jiletlər geyirlər.

Zaur Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular