12:06 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Председатель общества женщин-инвалидов Махлуга Рагимова
© Sputnik / Murad Orujov

Məhluqə Rəhimova: “Əlilliyi olan qadınlar məişət zorakılığından əziyyət çəkir”

RADİO
Qısa URL
69 0 0

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova deyir ki, əlilliyi olan qadınların məişət zorakılığına məruz qalması dünyəvi problemdir

“Bugün cəmiyyətimizdə əlilliyi olan qadınların məişət zorakılığına məruz qalması dünyəvi problemdir”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013-2018-ci illərə olan hesabat-seçki konfransında hesabatı təqdim edən Cəmiyyətin sədri Məhluqə Rəhimova deyib.

O bildirib ki, məişət zorakılığından ən çox əlilliyi olan qadınlar əziyyət çəkir: “Həmçinin əlilliyi olan uşaqlara sahib valideynlər üzücü olsa da ayrılırlar. Belə hallarda uşaq adətən ananın öhdəsində qalır. O cümlədən ailə qurduqdan sonra qadında hər hansı problem yaranarsa, belə ailələr də dağılmağa meylli olur. B problemin ciddiliyini nəzər alaraq proqramlar həyata keçirməyə başladıq. Bu məsələ ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən məişət zorakılığı ilə mübarizə aparmaq üçün akreditasiya olunmuşuq”.

ƏQC sədri Məhluqə Rəhimovanın fikrilərinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular