18:38 24 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov

Professor: “İslam ölkələrinin vahid valyutaya keçməsi real görünmür”

RADİO
Qısa URL
134 0 0

Professor Elşad Məmmədov deyir ki, İslam ölkələrinin iqtisadi, maliyyə strukturları o səviyyəyə gətirilməlidir ki, dollardan imtina və milli valyutaya keçidi mümkün etsin

“Dollar və digər dünya valyutalarından asılılığı aradan qaldırmaq üçün müsəlman ölkələri öz aralarında ticarət əməliyyatları zamanı milli valyutalardan istifadə etməlidir”. Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və ticarət əməkdaşlıq Daimi komitəsinin iclası zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, belə bir şeyi həyata keçirmək üçün ciddi struktur təhlil aparılmalıdır:

“Hər bir ölkənin öz iqtisadi maraqları var. İslam ölkələrinin bu məsələdə ortaq məxrəcə gəlməsi müsbət hal olardı. Ancaq bu məsələdə emosiyalara qapılmaq da doğru deyil. Ümumilikdə isə ölkələrin hazırki iqtisadi şəraitdə vahid valyutaya keçməsi real görünmür. Bu gün müsəlman ölkələri tərəfindən dayanıqlılığına zəmanət verilən hər hansı valyuta mövcud deyil. İslam ölkələrinin iqtisadi, maliyyə strukturları o səviyyəyə gətirilməlidir ki, dollardan imtina və milli valyutaya keçidi mümkün etsin”.

Professor Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular