07:59 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
© Sputnik / Murad Orujov

Ekspert: “Rus xalqı Fərman Salmanovun xidmətlərini heç zaman unutmur”

RADİO
Qısa URL
8810

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Fərman Salmanovun SSRİ iqtisadiyyatı qarşısında xidmətləri bu dərəcədə önəmlidir

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq. Bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, Fərman Salmanov SSRİ-nin neft sənayesinə yeni nəfəs gətirib: “Onun kəşflərinin nəticəsi olaraq 130 neft və qaz yatağı açılmışdı. Əgər bu olmasaydı SSRİ-nin istifadə etdiyi yataqlar ehtiyyatlarını getdikcə azaltmalı olacaqdı. Bu da SSRİ-nin dünya neft sənayesindəki roluna təsir edəcəkdi. Yəni, SSRİ iqtisadi qüdrətini itirə bilərdi və qərb ölkələri qarşısında uzun müddət davam gətirə bilməyəcəkdi. Ona görə də, Fərman Salmanovun SSRİ iqtisadiyyatı qarşısında xidmətləri bu dərəcədə önəmlidir. Bu səbəbdəndir ki, SSRİ dağılsa da rus xalqı onun xidmətlərini heç zaman unutmur”.

Qeyd edək ki, Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular