23:15 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov

Politoloq: “Azərbaycan Ermənistanı masa arxasına əyləşdirə bildi”

RADİO
Qısa URL
14920

Politoloq Fikrət Sadıxov deyir ki, bizim mövqeyimiz prinsipialdır və topraqlarımızın azad edilməsi prosesinə başlanmalıdır

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bu görüşün nəticələrinə böyük ümidlər bəsləmirdi: “Ancaq reallıq odur ki, erməni tərəfi ziddiyyətli bəyanatlarından sonra masa arxasına əyləşdi. Düşünürəm ki, bunda biz də müəyyən rol oynamışıq. Bizim mövqeyimiz prinsipialdır və topraqlarımızın azad edilməsi prosesinə başlanmalıdır. Bunu təsdiq edən sənədlər var və ərazi bütövlüyümüz tanınır. Ermənistanın ziddiyyətli hərəkətlərinə baxmayaraq, Azərbaycan torpaqları azad olunmalıdır. Düşünürəm ki, növbəti görüşlərdə Minsk Qrupunun həmsədrləri tərəfindən yeni təkliflər irəli sürülməlidir. Həmsədrlər seyrçi mövqedə dayanmamalıdır”.

Nazir E.Məmmədyarov görüşün yekunlarını şərh edərkən, üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparıldığını bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular